"Кто смолоду не был социалистом, в старости будет мерзавцем"  
       
        SOSIALIST GENCLER KLUBU  
   
 
Cume, 19.04.2024, 08:34
Sizi salamlayiriq Qonaq | RSS Ana sehife| Menim Profilim | Qeydiyyat| CIXIS | GIRIS
                                      www.sistemi.yix.org
[Yeni Postlar· Uzvler· Qaydalar· Axtaris· RSS]
  • Страница 1 из 1
  • 1
Модератор форума: Anarxist  
SOL Forum » Inqilab ve Sosializm » Meqaleler - Статьи » Dunyani solcular xilas edecek (525den)
Dunyani solcular xilas edecek
nirvana Tarix: Bazar, 25.05.2008, 00:05 | Post # 1
GRUNGE
Qrup: Свой юзер
Post: 116
Status: Offline
"Dünyanı solçular xilas edəcək"

"Aman Allahım! Pul nələrə qadirmiş? Yarəb. Azərilərə də ərəblərin görgüsüzlüyü bulaşmış anlaşılan. Göstəriş marağı, milyardlarca ac insanın gözünün içinə baxa-baxa da həyatda kaybola bilirmiş demək ki. Heyhat ki, nə heyhat".

Bu ismarıc Türkiyə saytlarından birində yer alıb. Və Bakıda son illərdə tikilən modern, təmtəraqlı binalara sıravi türk vətəndaşının münasibətidir. Həmin saytı elektron poçtuma Dənizlidə yaşayan bir türk tanışım göndərmişdi. İsmarıca ötəri nəzər salıb tanışıma " Yazan haqlıdır" cavabını verdim. Amma Azərbaycana rəğbəti olan tanışım "axı, o, bütün azəriləri pulu sevən insan zənn edir" -deyə yazdı. Sonra mətni bir də diqqətlə oxudum. Və içimdə istər-istəməz bir vətənpərvərlik duyğusu oyandı. Bu dəfə başqa notlara kökləndim: "Əlbəttə ki, azərilərin hamısı elə deyil. Ruhu maddiləşməyən, mənəvi dəyərlər" hər zaman önə çəkən insanlar da var. Amma təəssüf ki, o ismarıcda həqiqət də var".

İsmarıc yadıma portuqal yazıçısı Joze Saramaqonun Nobel mükafatı alması münasibətilə kral ailəsinin onun şərəfinə verdiyi ziyafətdə dediyi sözləri saldı. "Əgər mükafat mənə sadiq qaldığım prinsiplərimdən imtina edəcəyimə görə verilirsə, o zaman bu mükafat mənə lazım deyil. Dünyanın müxtəlif yerlərində insanlar aclıqdan əziyyət çəkir, amma nüvə silahlarına, kosmosa milyonlarla pul xərclənir". Üstəlik, ziyafətdə Saramaqo hansısa etiketləri də pozmuşdu.

Saramaqo solçudur. Belə bir radikal çıxışı solçu edə bilərdi. Və rəsmi etiketləri də ancaq solçu poza bilərdi.

..Bəlkə kiməsə gülməli görünə bilər, amma yaxınlarda birdən anladım ki, xarakter və düşüncə etibarilə solçulara çox yaxınam. Şəxsiyyətinə, həyata baxışlarına görə rəğbət bəslədiyim intellektualların böyük əksəriyyəti solçulardır: Sartr, Kamyu, Pikasso, Çe Gevara, Deniz Gezmiş, Pablo Neruda, Nazim Hikmət, Əziz Nesin, Erix Fromm, Bunyuel, Pazolini, Ken Louç, Stiv Friz, Lars fon Trier�..

Solçuların düşüncələri, ideyaları mənə çox doğmadır. Doğmadır ona görə ki, çox insanidir. Solçu üçün önəmli olan insandır. O, insan üzərində başqa bir insanın istismarını, hakimiyyətini, sosial təbəqələşməni qəbul etmir. Bütün insanların eyni sosial şəraitdə yaşamasını istəyir. İmperializmin, irqçiliylin, millətçiliyin, insanlar arasındakı bərabərsizliyin əleyhinədir. O ilk öncə insana dəyər verir. Nəyi pisdir ki, bunun? Əladır. Amma bu ideyaların yer üzərində tamlıqla bərqərar olması utopiyadır. Çünki,məşhur ifadədə deyildiyi kimi insan ən vəhşi heyvandır.

lll

Amerika demokratiyanın beşiyidir. İnsanlar bu ölkədə öz iradələrini sərbəst ifadə edirlər, azaddırlar. Milliyyətindən, dinindən və irqindən asılı olmayaraq, insan insana hörmət edir. Hətta bu ölkədə insan o qədər azaddır ki, məşhur moda dizayneri, milyonlara sahib Tommi Hilfiqer açıqca bəyan edir: "Əgər mən bilsəydim ki, afro-amerikanlılar, ispanlar, yəhudilər, asiyalılar mənim libaslarımı alacaqlar, onlara heç vaxt gözəl dizayn verməzdim. Bu libaslar onlar üçün yox, ağ insanların ən ali təbəqəsi üçündür". Bunu Amerika mühitində böyüyən, ali təhsilli və dünyada məşhur olan birisi deyir.Və dünyanın inkişaf etmiş qərb ölkələrində burjular arasında Tommi kimi ibtidai, plebey düşüncə sahibləri az deyil. Burjuaziyanın anatomiyasını zamanında məşhur Bunyeul (həm də solçu Bunyuel!) "Burjuaziyanın təvazökar cazibəsi" filmində dəqiq açıb. Burjuların saxtalığını və cılızlığını göstərən bu filmdə onlara vurulan sillə öz sərtliyini hələ də itirməyib.

Solçular titullara qarşıdır, onları ən nüfuzlu mükafatlarla satın almaq mümkün deyil, yüksək dairələrdəki ənənələrə, standartlara, etikektlərə sayğısızlıq göstərirlər və saxta kübar maneralar, mədəni davranış onlara yaddır. Hərçənd, məşhur solçuların böyük bir qismi elə aristokrat nəslindən çıxıb.

lll

Solçu intellektualların istər şəxsiyyət, istərsə də yaradıcı kimi gözlənilməzliyi, maksimalizmi, radikallığı, cəsarəti məni heyran edir.

Kino məktəbində oxuduğu illərdə soyadına aristokrat soyadlarındakı "fon" sonluğunu əlavə edən danimarkalı rejissor Lars fon Trierin isə davranışını yəqin ki, özünü yüksək cəmiyyətin üzvü sayan heç bir adam etməzdi. Kann kinofestivalına hamı bahalı avtomobillərdə gələndə, solçu Trier üzərində "İdiotlar" yazılmış köhnə avtobusla təşrif buyurur. Yaxud da nüfuzlu festivallara dəvətdən imtina edir, əvəzində şortikdə çəkdirdiyi fotoları göndərir. Kino onun üçün dünya şəri ilə mübarizə aparmaq üçün sadəcə vasitədir.

Ancaq solçu Pazolininin "Salo və ya Sodomun 120 günü" filmində faşizmin məğzini hədsiz sərt yozumda, antiinsani səhnələrlə göstərməyə cəsarəti çatardı.

Çilinin Fransadakı səfirliyində türk nümayəndələri ilə görüşəndə onun ilk sözləri bu olmuşdu:

"Hamısı boş şeydi,

Nobel mükafatı, filan,

Mənə Nazimdən

Bir söz deyin"

Nazim Hikməti Nobel mükafatından dəyərli sayan da ancaq solçu Pablo Neruda kimi böyük şair və insan ola bilərdi.

Ancaq Rassel kimi solçu düşüncəsinə malik ziyalı 89 yaşında parlament qarşısında nüvə əleyhinə keçirilən tədbirdə öndə gedə bilərdi.

Və ancaq solçu Çe Gevara bütün dünyanın və bütün nəsillərin idealına çevrilə bilərdi. Çünki onun ideyaları bəşəriliyə söykənirdi. Və Çe qədər bütün zamanların idealı ola biləcək millətçi qəhrəman tanımıram.

Hələ Dəniz Gezmiş..O da solçu idi. Mən çox istərdim ki, türk pop ulduzlarının, aktyorlarının, futbolçularınıın bioqrafiyasına bələd olan gənclərimiz Dəniz Gezmiş kimi nadir insanları da tanısın.

Türkiyədə 60-70-ci illərdə gənclik hərəkatının liderlərindən və Türkiyə Xalq qurtuluş Ordusunun qurucularından biri, 25 yaşında ideyası uğrunda gözünü qırpmadan və zərrəcə peşimançılıq keçirməyən Deniz Gezmiş.

Özünü Atatürkçü sayan Dəniz ölkəsinin Amerikanın qulu olmasını istəmirdi. O, Atatürkün ideyalarının, ədalətin bərqarər olmasının yeganə yolunu devrimdə görürdü. Onun atasına yazdığı son məktub adamın qanın dondurur:

"Bu durumu mətanətlə qarşılamanı istəyirəm. İnsanlar doğulur, böyüyür, yaşayır, ölürlər. Önəmli olanı çox yaşamaq deyil, yaşadığın müddətdə xeyirli işlər görməkdir. Bu səbəbdən mən tez getməyi normal qarşılayıram. Məndən əvvəl gedən dostlarıma gəlincə, onlar da heç bir zaman ölüm qarşısında tərəddüd etməyiblər. Mənim də tərəddüd etməyimdən şübhən olmasın, oğlun ölüm qarşısında aciz və çarəsiz deyil, o, bu yolu bilərəkdən seçdi və sonun da bu olacağını bilirdi. Səninlə düşüncələrimiz fərqli olsa da, məni anlayacağını təxmin edirəm..Qardaşımın bilim adamı olmasını istəyirəm, bilimlə uğraşsın və unutmasın ki, bilimlə uğraşmaq da insanlığa xidmət edir, son anda etdiklərimdən ən kiçik peşmançılıq duymadığımı belirtir. Ata, biz Türkiyənin ikinci kurtuluş savaşçılarıyıq. Əlbəttə ki, həbslərə atılacağıq, güllənəcəyik də.Amma bu torpaqları yabançılara verməyəcəyik. Və bir gün mütəq onları məğlub edəcəyik". O vaxt Türkiyədə Dəniz Gezmişin və onun silahdaşlarının ölümünə razılıq verən dövlət adamlarından biri Zeki Çeliker bu yaxınlarda verdiyi açıqlamada deyib:

"Deniz Gezmiş yaraşıqlı bir adam idi, film aktyorları kimi. İnsanın içi sızıldayır. Kaş ki, bu olmasaydı deyə, bəlkə mən də üzülmüşdüm, mənim də gözlərim dolmuşdu. Amma Deniz son dəqiqəyə qədər bu yoldan zərrə qədər də çəkilmədən Türkiyə Cümhuriyyətinə meydan oxudu".

Bu gün Türkiyədə Deniz Gezmiş artıq əfsanəyə çevrilib. Onun haqqında filmlər çəkilir, romanlar yazılır

lll

Azərbaycanda solçuluq mümkündürmü? Mənim düşüncəmə görə yox. Çünki solçuluq ideyalarının gerçəkləşməsi həm də millətin təfəkküründən asılı olan amildir. Azərbaycanlı isə düşüncəsi və təfəkkürü ilə solçuluğa yaddır. Varlı da, kasıb da təfəkkürünə görə əslində burjuadır. Bizim diaqnozumuzu çox illər öncə Mirzə Cəlil öz əsərlərində qoyub. Kasıb, məzlum Məmmədhəsənlə zülmkar, varlı Xudayar bəyin statusunu dəyişsən, son nəticədə heç nə dəyişməyəcək. Çünki bu iki tip bir medalın iki üzüdür. Xudayarın yerini alan Məmmədhəsən də onun kimi düşünəcək.

Bir ətrafınıza fikir verin, müşahidə edin. Biz insana hansı halda dəyər veririk? Kiminsə oğlu, qohumu olduğuna, vəzifəsinə, maddi imkanlarına, hansı bölgədən olduğuna görə. Azərbaycan insanı nəylə qürrələnir: şopinqdən 2 min manatlaq dəyərində libas aldığına, təmtəraqlı toy etdiyinə, bahalı avtomobillərə görə, məmur olmasıyla..İnsana insan olduğuna görə dəyər verən çox az adam tapılar�..

Çox saxta dəyərlərimiz var. Bizim üçün dəyər ölçüsü mədəni şəkildə yemək, danışmaq, qalstuk taxmaq, səliqə ilə geyinmək, tərbiyəli görünmək, bir sözlə hər şeyi imitasiya etməkdir...Min il sonra da bizdə cəmiyyətin əsasını Məmmədhəsənlərdən və Xudayarlardan ibarət toplumun təşkil edəcəyinə şübhə etmirəm. Əski dostum və solçuluğa çox sadiq Məmməd Süleymanovu məyus etmək istəməzdim. Amma Azərbaycanda solçuluğun əsası yoxdur və olmayacaq.


İnsanlar işkencelerle öldürülürken bir sevgili için ağlamaya değmez...

Post Deyisdirilib: nirvana - Bazar, 25.05.2008, 00:06
 
DirtyPunk Tarix: Bazar, 25.05.2008, 01:41 | Post # 2
VIP Member
Qrup: Admin
Post: 20
Status: Offline
Quote (nirvana)
Amma Azərbaycanda solçuluğun əsası yoxdur və olmayacaq.

sehv deyir, bunu yazan pessimistdirse, bu o demek deyil ki biz de pessimist olmaliyiq.

Lenin ozu yazirdi ki, 1896-ci ilde Rusiyada sosial-demokratlar barmaqla sayilacaq qeder idi, ancaq 20 il sonra Rusiya qip-qirmizi sosialist olkesine chevrildi.

Duzdur, deye bilersiz ki, onlar Ruslardirlar, biz ise Azeriyik. Bununla ancaq 50% razilasha bilerem, chunki bizde solchuluqun bu seviyyede olmasini total savadsizliqla elaqelendirirem. Rus dilide yigishdirilir, azerice ise eser yoxdur. Elbetteki bele veziyyetde solchuluq da olmayacaq.



Cavab xatirinə və zarafat tipli yazılar dərhal pozulacaqdır. Forum ciddi yazılar üçündür. Qabaqcadan hamıya saqolun.
 
nirvana Tarix: Bazar, 25.05.2008, 02:00 | Post # 3
GRUNGE
Qrup: Свой юзер
Post: 116
Status: Offline
Quote (DirtyPunk)
Amma Azərbaycanda solçuluğun əsası yoxdur və olmayacaq.

"realist ol, mumkun olmayani arzula" , che bir sey bilirki bele deyib applause

Добавлено (25.05.2008, 02:00)
---------------------------------------------
butun umidimizi kesib oturmaq bize hec ne vermeyecek , her halda inam yaxsi seydi , optimist olaq , yaxsi gunler bizi gozleyir flower


İnsanlar işkencelerle öldürülürken bir sevgili için ağlamaya değmez...
 
vicay Tarix: Bazar, 25.05.2008, 03:11 | Post # 4
Forum Guest
Qrup: Validating
Post: 8
Status: Offline
Quote (nirvana)
butun umidimizi kesib oturmaq bize hec ne vermeyecek , her halda inam yaxsi seydi , optimist olaq , yaxsi gunler bizi gozleyir

nirvana hec de yaxsi gunler olmayacaq bildiyim bir tek heqiqet budu. "Umid fahisedir" deyende Elisa Nicat haqli idi. bu cur fikirler ozellike monoteist dinlere xasdir. Islamda her seye umidle baxmaq, Allahin ohdesine buraxmaq kimi ideyalar ne qeder desen var.
Pessimist olmagi da cixis yolu hesab etmrem. lakin her halda umidli olmaq ve netice meyus olmaq cox mentiqsiz ve hemde iztirab veren bir seydir. Nitse bu barede bir ser de yazib:
Verdim her neyim vardisa
Varimi, dovletimi
Mene hec ne qalmadi
Senden basqa ey umid!


...........
 
DirtyPunk Tarix: Bazar, 25.05.2008, 04:13 | Post # 5
VIP Member
Qrup: Admin
Post: 20
Status: Offline
Quote (vicay)
nirvana hec de yaxsi gunler olmayacaq bildiyim bir tek heqiqet budu. "Umid fahisedir" deyende Elisa Nicat haqli idi. bu cur fikirler ozellike monoteist dinlere xasdir. Islamda her seye umidle baxmaq, Allahin ohdesine buraxmaq kimi ideyalar ne qeder desen var.Pessimist olmagi da cixis yolu hesab etmrem. lakin her halda umidli olmaq ve netice meyus olmaq cox mentiqsiz ve hemde iztirab veren bir seydir. Nitse bu barede bir ser de yazib:Verdim her neyim vardisaVarimi, dovletimiMene hec ne qalmadiSenden basqa ey umid!

Bizi umid yox, Inam xilas edecek!!

Sosializme Inam!!


Cavab xatirinə və zarafat tipli yazılar dərhal pozulacaqdır. Forum ciddi yazılar üçündür. Qabaqcadan hamıya saqolun.
 
doctorravik Tarix: Bazar, 25.05.2008, 09:56 | Post # 6
HoldenKoldfild
Qrup: Admin
Post: 253
Status: Offline
nirvana muellifi tez yaz gorek kimdir. maraqli fikiler var baxmayaraq ki iki hefte evvel alqishlayardim bu gun ise bezi sheylerle artiq razi deyilem

atiram ish gucumu
qollarinda mest oluram
 
doctorravik Tarix: Bazar, 25.05.2008, 09:57 | Post # 7
HoldenKoldfild
Qrup: Admin
Post: 253
Status: Offline
he yadima dushdu sevdadir muellif

atiram ish gucumu
qollarinda mest oluram
 
che-qevara Tarix: Bazar, 25.05.2008, 10:15 | Post # 8
Админ-революционер!
Qrup: Admin
Post: 215
Status: Offline
Quote (DirtyPunk)

Duzdur, deye bilersiz ki, onlar Ruslardirlar, biz ise Azeriyik. Bununla ancaq 50% razilasha bilerem, chunki bizde solchuluqun bu seviyyede olmasini total savadsizliqla elaqelendirirem. Rus dilide yigishdirilir, azerice ise eser yoxdur. Elbetteki bele veziyyetde solchuluq da olmayacaq.

Вот это уже бред. Ленин сам долгое время критиковал русского мужика за пассивность, но как ты знаешь, в итоге все вышло иначе. Просто на данный момент большая часть населения все-таки имеет советское наследие, советские квартиры, советские ковры, советскую сантехнику и т.д. Это еще не успели разрушить. Не успели полностью разрушить советскую инфраструктуру. Все здравоохранение, образование так или иначе все еще держатся. А в результате укрепления капиталистической формации, все это будет утеряно. В Росии этот процесс уже начался. Наблюдается рождения нового пролетариата. И этот пролетариат станет могильщиком капитализма. Здесь уже не верой надо руководствоваться, а рациональным мышлением.

Quote (nirvana)
butun umidimizi kesib oturmaq bize hec ne vermeyecek , her halda inam yaxsi seydi , optimist olaq , yaxsi gunler bizi gozleyir

и

Quote (vicay)
nirvana hec de yaxsi gunler olmayacaq bildiyim bir tek heqiqet budu. "Umid fahisedir" deyende Elisa Nicat haqli idi. bu cur fikirler ozellike monoteist dinlere xasdir. Islamda her seye umidle baxmaq, Allahin ohdesine buraxmaq kimi ideyalar ne qeder desen var.
Pessimist olmagi da cixis yolu hesab etmrem. lakin her halda umidli olmaq ve netice meyus olmaq cox mentiqsiz ve hemde iztirab veren bir seydir.

Несмотря на то, что здесь противоположные взгляды, но по сути они оба иррациональны. А иррационализм уже не материализм. Здесь вопрос не в вере и надежде (вы не религиозной чушью занимаетесь), а в конкретной деятельности. А то, что активная деятельность приведет к победе - это исходит из диалектики материализма. А ваши сообщения исходят из сенсуально-идеалистической муры.

Quote (DirtyPunk)
Bizi umid yox, Inam xilas edecek!!

Надо и головы зачищать, а не только форум... Тебя активность спасет, а не лозунги..


"Кто не идет впред, тот идет назад : стоячего положения нет!"
В.Г. Белинский

"Нет буржуев - нет проблем!
Серп, молот, АКМ!"
(Один из лозунгов Авангарда Красной Молодежи)

 
SOL Forum » Inqilab ve Sosializm » Meqaleler - Статьи » Dunyani solcular xilas edecek (525den)
  • Страница 1 из 1
  • 1
Поиск:

Sosialist Gencler Klubu © 2024