"Кто смолоду не был социалистом, в старости будет мерзавцем"  
       
        SOSIALIST GENCLER KLUBU  
   
 
Cume Axsami, 28.03.2024, 21:42
Sizi salamlayiriq Qonaq | RSS Ana sehife| Menim Profilim | Qeydiyyat| CIXIS | GIRIS
                                      www.sistemi.yix.org
[Yeni Postlar· Uzvler· Qaydalar· Axtaris· RSS]
  • Страница 1 из 1
  • 1
SOL Forum » EDEBIYYAT » Hekaye Kosesi - Проза » Hekayefason (Tosif Hesenliden...)
Hekayefason
RivAreS Tarix: Cume Axsami, 22.11.2007, 13:35 | Post # 1
Forumun Dostu
Qrup: Members
Post: 422
Status: Offline
Dunen avtobusla eve gederken JEEP markali avtomashin 2 piyadani vurdu. Men ancaq cesedlerden birini gordum. Asfalti qucaqlamishdi. Ayaqqabilari ozunden xeyli arali dushmushdu. Aglima gelen ilk fikir bu oldu ki, ayaqqabisi ayaginin olchusunden boyuk imish. Belke de oz ayaqqabilarinin alti deshildiyinden atasininkilarini geyinibmish, hardan bilim. Belke de ele hemishe bele olur. Mashin vuran adam her sheyden evvel oz ayaqqabilariyla sagollashir. Bilmirem. Ilk defe idi ki, mashin vuran adam gorurdum.

Indi bu hadiseye avtobusdakilarin reaksiyasinin nece oldugunu tesvir etmeye chalishacam. Evvelce her kes ne bash verdiyini deqiqleshdirmek uchun bashini pencereden bayira chixarmaga chalisdi. Bayirda yagish yagdigindan avtobusun shushelerinden her sheyi aydin gormek mumkun deyildi. Buna gore de hadise yerini achiq pencereden izlemek en dogru variant idi. Amma bedbextchilikden avtobusun cemi bir penceresi achilirdi ve xoshbextchilikden men de hemin pencerenin yanindaki oturacaqda oturmushdum. Ele pencereni achib bashimi bayira chixarmishdim ki, bashimin ustunde diger bashlarin da oldugunu hiss etdim. Her sheyi emelli bashli mushahide etmemish novbe gozleyenlerden biri chiynimden tutub meni geri chekdi ve oz bashini menim bashimin evvelki yerine soxdu. Pencereden baxanlarin hamisi demek olar ki, menim ustume uzanmishdilar. Ozumu pis hiss etmeye bashlayirdim. Yaxshi ki, surucu insafli chixib avtorusu herekete getirdi ve belelikle men de bu hadise neticesinde olen uchuncu adam olmaqdan qurtulub rahat nefes aldim.

Bundan sonra yol boyu her kes hadiseye oz reyini bildirmeye, veziyyeti sherh etmeye bashladi. Bezileri JEEP-in surucusunun serxosh oldugunu ve gunahin da onda oldugunu dedi. Bezileri ise bu fikirle hech cur razilasha bilmeyeceklerini soyleyib, piyadalarin serxosh olduqlarini bildirdiler ve fikirlerini de bele bir tezisle esaslandirdilar ki, "gunah hemishe olende olur". Bu vaxt arxada oturan iki nefer oz aralarinda sohbet edirdi:
-Sen gordun?
-Yox. Bes sen?
-Gordum. Iki neferi vurmushdu, deyesen ele ikisi de olmushdu.
-Dogrudan? Birini de vursaydi 3-u 1-inde olacaqdi.
Ve hamimiz urekden gulmeye bashladiq...


Hekaye burada qurtarir. Ve bu menim xeyalimin mehsulu deyil. Bir az fikirleshin. Hech birimiz bu cur hadiselerden sigortalanmamishiq. Hansisa bir yekeqarin memurun oglu istenilen an heyatimiza son qoya biler. Ya da bashimiza tesadufen bir dash dushe biler. Ya da ki, hansisa bir olumcul xestelik gelib bizi tapa biler. Razisiniz? Razi olmaya bilmezsiniz. Ve eger olum dogrudan da bu qeder ucuzdursa, onda ozunuze olum sechin. CHE kimi...

muellif: Tosif Hesenli


SISTEMI YIX *BARRIKADALAR FORUMU*

www.sistemi.yix.org

 
Anarxist Tarix: Cume Axsami, 22.11.2007, 14:34 | Post # 2
VIP Member
Qrup: Supermods
Post: 157
Status: Offline
Yox, yox, yaxshidi, o qeder de pis deyil.

Bu nomre muveqqeti olaraq shebeke xidmeti xaricindedir...

Post Deyisdirilib: Anarxist - Cume Axsami, 22.11.2007, 14:35
 
RivAreS Tarix: Cume Axsami, 22.11.2007, 14:41 | Post # 3
Forumun Dostu
Qrup: Members
Post: 422
Status: Offline
Quote (Anarxist)
Yox, yox, yaxshidi, o qeder de pis deyil.

happy acigi men de cox beyenmisdim...


SISTEMI YIX *BARRIKADALAR FORUMU*

www.sistemi.yix.org

 
Ms_Qala Tarix: Bazar, 02.12.2007, 11:06 | Post # 4
Member
Qrup: Members
Post: 153
Status: Offline
Nece esrler bundan evvel... Quldarliq qurulushu dovru... Bir zenci qadinin miskin komasi... Bu qadin dunyaya daha bir zenci korpesi getirir. Normal fizioloji akt olaraq korpe cilgincasina aglayir. Bu,korpenin saglamligina delalet etdiyinden her bir normal anani sevindirmeli idi. Amma mesum korpenin bu cigirtisi ve gozlerinden sezilen anlashilmaz qemginlik anaya durumunu xatirlatdi." Men seni dunyaya getirmekle azadliq verdiyimi dushunmushdum,amma..."
BES,BIZIM ANALARIN KORPE DUNYAYA GETIRMEYE HAQLARI VARMI?!


"Yukselen men deyilem,alcalan divarlar..."
 
amy Tarix: Cume, 21.12.2007, 00:53 | Post # 5
Member
Qrup: Свой юзер
Post: 92
Status: Offline
Quote (Ms_Qala)

BES,BIZIM ANALARIN KORPE DUNYAYA GETIRMEYE HAQLARI VARMI?!

Ezizim, onlar hereket eden robotlardir ve dashlahsmish tefekkure esasen hereket edirler sadece. men artiq onlar haqqinda bir mulahize de yurutmurem. sence haqq anlayisi nece ola biler ki? heyat qurulandan bu anlayis oz menasini terk edib.. hele ilk canlilar yaranandan.. "yasama haqqi" deye.. biz de bunun qurbaniyiq.


Homo homini lupus est!
 
Shenbe Tarix: Cume Axsami, 03.01.2008, 07:46 | Post # 6
the Child of the Grave
Qrup: Moderators
Post: 216
Status: Offline
Sherq sahillerinde genc oglan alnina yaxilmish tarixin cirkli toz-torpagini silerken dagin zamani durmush Qalasina baxaraq son defe "bes sen mene heyat vererken menim sene ezab vermeye haqqim varmi?" deye picildamaq isteyirdi ki, qefilden "Hey-der Ba-ba!" sesleri eshitdi cayin qerb sahillerinden. ve o, susdu, susdu, susdu ve bir daha danishmadi. Diz cokub zamanin donmush eqreblerini quracaqdi eger bashina yumushaq ne ise dushmeseydi. Genc bashini semanin mavi enginliyine qaldirmadan diz cokdu ve alnini yere soykeyerek dash oldu.
Goyde ise bir qehveyi qartal qanad calirdi sonsuzluga dogru...


Elmar Huseynovun eziz xatiresine
http://almaqezeti.com/index.php?mod=view&id=1026
 
Ms_Qala Tarix: Cersenbe, 23.01.2008, 22:21 | Post # 7
Member
Qrup: Members
Post: 153
Status: Offline
Daglarin arasinda,agaclarin kolgesinde,gecenin qaranliginda ve en nehayet hec vaxt realllashmayacaq arzularin agushunda itmish qizcigaz...Cismi yerde gezir,ruhu goylerde. Cismi ruhuna dogru can atir,yetishe bilmir.Illerdir ki yol gedir,ona catacaq deye. O ise ucurumun o tayinda... Golleri,caylari tebietmi yaratmish? Yox,bu qizcigazin goz yashlarindan yaranib-gederken aglamish,cay yaranmish,durub aglamish gol yaranmish...Qelbindeki acilardi ucalan daglar,itirdiyi adamlardi ucurumlar,ne qeder cox ucurum var yolunda...Sevinci goyde caxan shimshekdir,ani olan...Her acilan seherdi dushmeni.Bir gun qanad calib ucacaq guneshe dogru,yanacaq muradina catanda...

"Yukselen men deyilem,alcalan divarlar..."
 
Shenbe Tarix: Bazar, 03.02.2008, 17:20 | Post # 8
the Child of the Grave
Qrup: Moderators
Post: 216
Status: Offline
eziz dostum Zulfiyyenin "Bu sheherde sonuncu Shenbe" romanindan 1 hisse:

"Cume" meydaninda 3 qaldirici qurgunun yaninda durmushdu hebs edilən uc nefer, tutulan gece geyindikleri paltarda. Hakimin hokmo oxunurdu guclendirici ishiqlarla aydinlanan meydanin boshluguna. Sukut partladırdı qulaqlari. "Dunyanın sonu" deyerler ha, hemin gun idi. Tanrilara bir azdan qurban verilecekdi 3 genc, ona dualar edilirdi bu qurbani qebul etsin deye, onlar ise gulurdu. ("24 saat"-in eyneyinin altindan goz yash damladi, amma men ozumu gormemezliye vurdum) İnsani deli edecek qeder tesirli bir tebessum, olume meydan oxuyan bir gulush. İkisi astaca gulumseyir, Xaqani isə qeshsh edirdi sanki gulushden. Cunki axtardigi olumu tapmishdi. "Menim vucudum gozəldir, men bu vucudu sevirem, asanliqla onu olumun cirkli ellerine esir etmerem, oləsi olsam bu olumu, onun en yaxshisini ozum secheceyem" deyib gulen Xaqani indi heqiqeten secmishdi olumun en deterlisini - onun gozel vucuduna uygun gelenini. Mehz buna gore gulurdu edam hokmune meydan oxuyan sevgi ile ve arada bir de yere isheyirdi "sizin yashayaraq yox olmaniza menim munasibetim budur" anlaminda. Sonra yene gulurdu. Cavadi deli eden sebeb belke de bu gulsuh idi. Hokm oxunurdu sukutun Xaqaninin gulushu ile toqqushub qulagi delib-deshen seslizliyinde, qefilden tanish bir ses eshidildi, bagirirdi o ses, Cavad idi, uzunu ulduzlara tutub bagirir, arada bir gulur, sonra yene bagirir, kimsenin anlamadigi sozleri sepirdi bashimiza, bashimizin ustune yayilan sozleri, bizi ehate eden sozleri tokurdu aglinin bitdiyi yerden. Kimse anlamır, qolumdan tutan Aras aglayir, hami teshvishde, men aglayiram, hokmu oxuyan cəlladin sesi eshidilmir, "Cume" aglayir, onlarin uzunde tebessum, cumeni shenbeye bashlayan zamanin eqrebleri durmush, bu veziyyet Xaqanini daha da ucadan guldurur, Edison aglayir nurunda uc solcu gencin asilacagi, Cavadin deli olacagi elektrikin ixtiracisi oldugu ucun. Cavad ise sesini azaldib biri ile sohbet edirmish kimi heyecanla danishirdi latinca. Yaxinlashdigi insanlar qaçirdi ondan "delidir" deye. O, axtarirdi axtardigini, sözünü demek ucun, qiyamini etmek ucun. Birden o da susdu heyecanina boyun eyerek ve hec bir zaman danishmamaq sherti ile susdu ve o, gozlerimiz qarshisinda deli oldu “oluluye” olan nifretden dogmush “olum” (existence) sevgisinden.


Elmar Huseynovun eziz xatiresine
http://almaqezeti.com/index.php?mod=view&id=1026


Post Deyisdirilib: Shenbe - Bazar, 03.02.2008, 17:27
 
Ruf Tarix: Senbe, 09.02.2008, 01:36 | Post # 9
Member
Qrup: Members
Post: 61
Status: Offline
Quote (RivAreS)
"gunah hemishe olende olur"

Men bu ifadenin bizim realliqda dogrulugunun shahidi olmusham.Gunah olende oldurulur.. cry Gozel yazidir


Yashamak bir agac gibi tek ve hur ve bir orman gibi kardeshcesine..
 
amy Tarix: Senbe, 09.02.2008, 22:16 | Post # 10
Member
Qrup: Свой юзер
Post: 92
Status: Offline
Yadimda qalan bir hekayeni danismaq isteyirem.

"...13 yasli oglan boksyor olmaq isteyir. bu onun dunyada en boyuk arzusu olur. lakin bir gun qezayla aldigi zerbe ile sag qolunu tamamile itirir...oglanin omurluk bu cur shikest olacagi melum olur. amma oglan ne olursa olsun boksyor olmaq isteyir ve bu arzusundan hec vaz gecmek fikrinde deyil. etrafindaki her kes bunun bir kecici heves oldugunu dusunur. atasi da eynile bele dusunerek oglunun hevesini qirmasin deye onu yaxsi taninmis bir boks muelliminin yanina goturur. muellim birinci oglana baxir ve bir az dusundukden sonra "men bu oglani gotururem" deyir. belelikle oglan boks uzre meshq etmeye baslayir. muellim ona bir hereket oyredir. ilk evvel oglan cox eziyyet cekir, gunlerle meshq edir, yavas-yavas oyrenir..sonra aylar kecir..bir il kecir.. amma oglan hele de eyni hereket uzre meshq etmekdedir..her defe oz hereketini muellim qarsisinda gostererken muellim yene de ona hemin hereket uzre meshq etmesini deyir. bu minvalla oglan bir nece il yalniz ve yalniz bir hereket uzre gergin meshq edir ve bunu cox mukemmel bacarir.. ve sonunda muellim ona yarisha qatilmasini tovsiye edir. oglan "nece olsun, axi men yalniz bir hereket bilirem.." deyir amma muellim, "sen qatil" deyir. oglan ilk yarisha qatilir. qazanir. sonra digerine, sonra digerine.. qazanaraq davam edir.. ve sonda final yarisina qatilma ve en dunyanin en guclu boksyoru ile mubarize ani yetisir.. oglan "yox men bacarmayacam" deyir amma muellim yene de ona qatilmasini deyir. oglan finalda qazanir...
..ve artiq dunya cempionu olmus oglan muelliminden sorusur: "nece oldu ki men sag elim olmaya-olmaya ve yalniz bir hereketle bu pillelere gelib cixa bildim..?" ve muellimi deyir: "..men sene sol elle edilen bir herket oyretmisdim ve o ele bir hereketdir ki, qarsidaki senin sag elinden tutub meglub etmeli idi. lakin ede bilmir.. ve en onemlisi, sen bu hereket uzre o qeder meshq etmisen ki, artiq dunyada bunu senden yaxsi bacaran bir kes yoxdur..ve seni hec kes meglub ede bilmez..."


Homo homini lupus est!
 
SOS Tarix: Senbe, 08.03.2008, 18:07 | Post # 11
Qrup: Удаленные





Aqsinin Mıçı hekayesinden bir parca

Siqaret qutusunun üstündə oturmuş "Kibrit çöpü" ayaqlarını yelləyə-yelləyə düyü dənələrindən ancaq birini yeyə bildi. İkinci düyünü qapaqdan götürüb torpağın üstündə yekə bir böcəyə daraşmış qarışqalara atdı. Ən acgöz olan beş-altı qarışqa böcəyin yaxasını buraxıb "Allahın göndərdiyi" düyü dənəsinə girişdi və tezliklə "ucuz ətin şorbası olmaz" el məsəlini yada salıb bu müftə paydan əl çəkdilər, yenidən halal alın təri ilə gəbərtdikləri böcəyə qayıtdılar.
Mıçı öz boşqabına su töküb yaxaladı və boğazından asdığı radionu qurdalamağa başladı. Bakıda qaraqabaq və tılxaqarın türk nurçularının açdığı qəmli-kədərli "Burc FM" radiosunda aparıcı qız siçan ciyiltisinə bənzəyən zəhlətökən səsiylə xəbərləri oxuyurdu.
Qarışqalar deyəsən, belə qərara gəlmişdilər ki, böcəyi sürüyüb komadan çıxartsınlar. Qarışqa cığırı gücləndirilmiş iş rejiminə keçmişdi.
Siçan səsli qız balaca qutuda özünə əl qatmışdı. O, əvvəlcə hökumətin məscidlərdə mikrofonla azan oxunmasını qadağan edən fərmanının qiyamət gününün yaxınlaşmasından xəbər verdiyini zırıldaya-zırıldaya aləmə car çəkdi, arxasınca da yağlı-bığlı türk xanəndəsinin qəmin, kədərin ətli yerindən oxuduğu, irin-qan dolu "Burakın, anam ağlasın!" şarkısına bir xəkəndaz kömür atıb odladı. Mıçı tezbazar radionu söndürüb, siqaret alışdırdı:
- Allahın özünü qadağan etmək lazımdır bu məmləkətdə!
Qarışqalar böcəyə gücləri çatmadığını görüb, onu xırda hissələrə doğramağa başlamışdılar. Artıq qanadları bədəndən qopartmışdılar. Dıqqılı məxluq başını qarışqaların üstündən çəkib Mıçıdan soruşdu:
- Səni nə əsəbləşdirir belə?
Mıçı qalxıb komanın qapısı ağzından asılmış zavod çörəyinin parasına oxşayan, yerin təbii peyki- ayla üz-üzə dayandı:
- Məni hər şey əsəbləşdirir, əziz dost! Allahın təkliyindən tutmuş, qarışqaların çoxluğuna qədər. O müqəddəs təklik bu zavallı çoxluğun hesabınadır. Məni sənin taleyin əsəbləşdirir. Bütün ömrünü tək-tənha mənim kimi bədbəxt bir insanın qoltuğunun altında yaşayacaqsan. Heç vaxt tayın-bərabərin olmayacaq. Günlərin birində də danışan ağzın, baxan gözlərin biryolluq yumulacaq. O qarışqalar bir gün sənin bədəninə daraşacaqlar. Bu sənə lazım idimi?
- Mən də öləcəyəm? - balaca adam udqundu.
Qarışqalar böcəyin yarısını artıq daşıyıb aparmışdılar. Dıqqılı məxluq bayaqdan əyləncə kimi baxdığı bu mənzərədən iyrəndi. Böcəyin yerdə qalmış yarısını qarışqaların əlindən almaq üçün onların cığırı boyunca o baş, bu başa qaçıb tapdalamağa başladı.
Mıçı onu ovcuna alıb sakitləşdirdi:
- Əsəbləşmə, gəl yaxından tanış olaq, mənim adım Mehdi Bəyaziddir. Müəllifin mənə qoyduğu Mıçı adını sənə bağışlayıram, qoy Mıçı sənin adın olsun. Səhər açılır, gedək sənə insanları göstərim.
Qarışqaları tapdalamaqdan təngənəfəs olmuş balaca Mıçı Mehdi Bəyazidin yaxasına dırmaşdı və "Mən ölmək istəmirəm" - deyib, qoltuğunun altına girdi.
Üfüq boyunca camış sürüsü tək dalbadala düzülmüş doluyelin buludlardan biri günəşin siftəsini korlayır, dünyanı onun ilk iynələrinin isti ucuna tamarzı qoyurdu. Bu poetik cümlənin arxasınca Ceyranbatan gölünün sol sahili ilə üzü Bakıya doğru tüklü-müklü bir qulyabanı yorturdu. Ayağından çıxmasın deyə iri çəkmələrinin altından ip keçirib pəncələrinə sarımışdı. Bu adam Dostoyevskinin, Folknerin, Tolstoyun romanlarını cümləbəcümlə əzbər bilən dahi Azərbaycan oxucusu Mehdi Bəyazid idi. O, qoltuğunun altında dünyaya göz açmış balaca məxluqu insanlarla tanış etməyə gətirirdi. Onlar boz çöllüyə yayılmış at ilxısının yanından keçib qarşılarına çıxan ilk evin həndəvərində dayandılar. Evin həyətində çadır qurulmuşdu. Çadırın ətrafında xeyli insan və beş-altı samovar qaynayırdı. Mehdi qoltuğunun altından başını çıxarıb insan topasına maraqla baxan Mıçıya dedi:
- Kimsə ölüb, gedək baxaq, burda əntiqə söhbətlər olacaq.
Adamlara qoşulub yas çadırına girdilər. Ölü yiyəsi əldə-ayaqda işləyən, xeyirə-şərə yarayan cayıllara Mehdi Bəyazidi göstərib:
- Bu dilənçiyə də bir kasa ehsan verin yesin, - dedi.
Çadırda hamı yerini bərkitdi. Mehdi qoltuğunun altından baxan Mıçını məclisin yuxarı başında oturmuş molla ilə gizlincə tanış etdi və bildirdi ki, bu saqqalı qaramat adam ölülərlə dirilər arasında poçt xidməti vəzifəsini yerinə yetirir. Molla ehsan paylanana qədər vaxtı öldürmək üçün təsbehə əl atıb söhbət etməyə başladı:
- Bismillahir - rəhmanirrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr (Mehdi Mıçıya pıçıldadı: "Zalım oğlu, qırraya-qırraya gedir") - rrrrrrrrrəhim, oğlum, o, kəslər ki, vaxtlı-vaxtında aftafanı əlinə alar, qusul verər və dana kəsib imam yolunda fəqiri-füqarəyə paylayar, o, kəslərə cənnətdə üç sot torpaq sahəsi və üç ədəd ağ bədənli, iri gözlü lüt huri verilər, inşaallah.
Yerdən kimsə mollaya sual verdi:
- Molla, bəs qadınlara cənnətdə nə vəd olunur?
Molla gücə düşdüyünü görüb, sürəti birinci skorusa verdi:
- Oğlum, cənnətdə biz mömin kişilərə ki, üç sot torpaq və üç lüt huri verilər, mömin qadınlara da üç sot torpaq və ucaboylu, enlikürəkli üç qılman bağışlanar...
Həmin adam yenidən sual verdi:
- Molla, onda deməyindən belə çıxır ki, cənnətdə bizim arvadlarla yekəpər qılmanlar yatacaq?
Molla gördü tikanın ucu tozludur, qayıtdı ki:
- Oğlum, bu yas yerinin söhbəti deyil, başqa vaxt cavabını verərəm, qoy söhbətimizi eləyək. Hə, ancaq şükür o gözəgörünməzin məsləhətinə ki, cənnətə düşmək hələ bu dünyada heç bir insan övladına nəsib olmamışdır. Yalnız İsfahanda yaşayan İbn-Əbu-Əli-Fəqir-Müşərrif həzrətləri cənnətə düşə bilmişdir ki, o, da tək-tənha cənnətdə gəzib dolaşmaqdan bezmiş, dilxor olmuş, ərizə yazaraq könüllü şəkildə cəhənnəmə, qohum-qardaşının yanına, rus demiş, perevod olmuşdur. İndi durub sual edə bilərsiniz ki, bəs molla, indi cənnət boşdur, ya orda hansısa insan övladı var?
Mehdi Mıçıya pıçıldadı:
- Boş olmaz, yəqin indi cənnətdə müvəqqəti olaraq qaçqınları və məcburi köçkünləri yerləşdiriblər.
Molla davam etdi:
- Ya soruşa bilərsiniz ki, molla, heç olubmu ki, bu günə qədər qurbanı olduğumuz özünü yaxşı aparmış cəhənnəm əhlindən kimisə cənnətə göndərsin? Ərz edim ki, yox oğlum, hələ bu günə qədər qurbanolduğumuzun etimadını qazanmış bir insan övladı bu yer üzünə gəlməmişdir.

 
Shenbe Tarix: Cersenbe Axsami, 11.03.2008, 03:10 | Post # 12
the Child of the Grave
Qrup: Moderators
Post: 216
Status: Offline
O, yatırdı qan içində, ondan bir az kənar fotoaparat. Asan deyil həmin anı xatırlamaq, asan deyildi, bizim üçün. Hər gün bir yerdə olub, hər an bir yerdə bütünləşmişdik, amma indi həmin gülümsəyən fotoqraf, sizin bir parçanız laxtalanmış qan içində bez üstünə yağlı boya ilə işlənmişdi sanki, ciddi idi, ömründə ilk dəfə olaraq. Qəzetin 24-cü sayının sonuncu səhifəsində yaratdığı əsər analoqsuz idi, hamı, bizim özümüz də şok olmuşduq, titrəyirdik həyəcandan, biz də, Palçıqlı Şəhərin palçıqlı insanları da. Bir gənc qız alma ağacının altında boynunu azacıq sağa əyərək çılpaq dayanmışdı, sağ döşü azacıq görünür, qara uzun saçları onurğa sütunu üzərindən rektumuna qədər dalğalanır, o isə sakitcə izləyirdi ayın batışından doğan həyatı. Qizim nazik belinde 3 kelme yazılmışdı: "Doğuşun əzabverici anı". Və o fotoda əbədiləşən qız onun bacısı idi... "Dar Küçə"-də qovalayıb onu tuta bilməyəcəklərini bildikdə üç güllə ilə vurub yerə sərmişdilər. Meyidini ailəsinə vermədilər və o yerdəki sükutda donmuş cəsədi ilə sonuncu fotosunu yaratdı görənlərin xatirəsində.

Elmar Huseynovun eziz xatiresine
http://almaqezeti.com/index.php?mod=view&id=1026


Post Deyisdirilib: Shenbe - Cersenbe Axsami, 11.03.2008, 03:18
 
SOL Forum » EDEBIYYAT » Hekaye Kosesi - Проза » Hekayefason (Tosif Hesenliden...)
  • Страница 1 из 1
  • 1
Поиск:

Sosialist Gencler Klubu © 2024