"Кто смолоду не был социалистом, в старости будет мерзавцем"  
       
        SOSIALIST GENCLER KLUBU  
   
 
Cume, 19.04.2024, 10:36
Sizi salamlayiriq Qonaq | RSS Ana sehife| Menim Profilim | Qeydiyyat| CIXIS | GIRIS
                                      www.sistemi.yix.org
[Yeni Postlar· Uzvler· Qaydalar· Axtaris· RSS]
  • Страница 1 из 1
  • 1
Модератор форума: dreamer  
SOL Forum » MUSIQI & FILM » Rock - Рок-музыка » A PERFFECT CIRCLE (no comment)
A PERFFECT CIRCLE
nirvana Tarix: Bazar, 25.05.2008, 00:31 | Post # 1
GRUNGE
Qrup: Свой юзер
Post: 116
Status: Offline
A PERFECT CIRCLE
"Tool"-un vokalisti Maynard James Keenan-ın "Nine Inch Nails", "Tool" və "The Smashing Pumpkins" kimi qrupların gitara ifaçısı Billy Howerdel-ə qrup meydana gətirmə fikiriylə yaranan "A Perfect Circle", ilk olaraq heyətində "Vandals" barabançısı Josh Freese, "Failure"-in gitaristi Troy Van Leeuwen və basçı Baz Lenchantini idi.

2000 ildə "Mer de Mons" adlı ilk albomunu çıxaran "A Perfect Circle", bu albomla Amerika siyahılarında 4 nömrə oldu. Albomun prodüserliyini Billy Howerdel üstlənərkən, albomda ayrıca "Primus"-un barabançısı Tim Alexander qonaq musiqiçi olaraq iştirak etdi. İlk həftədə 188,000 kopiya satan albomdan çıxan single`lar "3 Libras", "Judith" və "The Hollow" oldu və "Judith" Müasir Rok Siyahılarında 5 nömrə olmağı bacararaq qrupu 2-ci alboma doğru istiqamətləndirdi.

Gitarist Troy Van Leeuwen`in "Queens Of The Stone Age"-ə və basçı Baz Lenchantin`in Billy Corgan`ın yeni qrupu "Zwan"-a keçməsiylə basçı və gitarist axtarışına yönələn "A Perfect Circle", heyətinə "Smashing Pumpkins" gitaristi James Iha`nı və "Marilyn Manson" basçısı Twiggy Ramirez`i daxil edərək 2003-cü ildə "Thirteenth Step" adlı 2-ci albomunu çıxartdı. Bir əvvəlki albomda olduğu kimi "Virgin Records" etiketiylə nəşr olunan albomun prodüserliyində yenə Billy Howerdel oldu. Məzmun olaraq fərqli insanların asılılıq problemlərini müxtəlif perspektivlərdən dilə gətirən albom, Amerika siyahılarında 2 nömrə olaraq ilk həftədə 231,000 kopiya satdı. Albomdan çıxan single`lar "Blue", "The Outsider" və "Weak And Powerless" olarkən, "Weak And Powerless" single`ı Amerika Müasir Rok Siyahılarında zirvəyə yerləşdi.

"Underworld" və "Resident Evil: Apocalypse" filmlərinin soundtrack`lərinə bir mahnıyla qatılan "A Perfect Circle", 2004-cü ildə "Virgin Records" etiketiylə və Billy Howerdel prodüserliyində "eMOTIVe" adlı 3-cü studiya albomunu pərəstişkarlarına təqdim etdi.
John Lennon və Joni Mitchell kimi sənətçilərin döyüş əleyhdarı parçalarını başdan şərh edərək alboma köçürən qrup, bu albomla Amerika siyahılarında 2 nömrəyə yerləşdi. Albomda qrupun köhnə basçısı Baz Lenchantin qrupa piano ilə yoldaşlıq edərkən, albomdan çıxan single`lar "Imagine" və "Passive" oldu.

Eyni il "aMOTION" adlı yığma albomunu çıxaran "A Perfect Circle", bu albomda ilk üç albomda iştirak edən parçaların remix versiyalarını pərəstişkarlarına çatdırdı. Ayrıca albomla birlikdə bir də DVD-yə yer verən qrup, bu DVD içərisində nəşr olunan video kliplərlə birlikdə heç nəşr olunmamış video klipləri də saxladı.(məndə var smile.gif )

Qrupun rəsmi internet saytından edilən şərhlərə görə, qrupun gələcəyi bu an üçün müəyyən deyil. Keenan, "Tool" ilə birlikdə çalışmalara davam edərkən "Puscifer" adını daşıyan yan proyektlə də məşğul olur. "A Perfect Circle" dağıldı deməyə kimsənin dili gəlmədiyindən qrup, işlərinə ara verdi demək hər kəs üçün daha yumşaq bir ifadədir bəlkə də...

Üzvlər:
Billy Howerdel guitar
Maynard James Keenan vocals
Josh Freese drums
Jeordie White bass guitar
James Iha guitar

(menbe www.bakurock.ipbfree.com)


İnsanlar işkencelerle öldürülürken bir sevgili için ağlamaya değmez...

Post Deyisdirilib: nirvana - Bazar, 25.05.2008, 16:10
 
doctorravik Tarix: Bazar, 25.05.2008, 10:12 | Post # 2
HoldenKoldfild
Qrup: Admin
Post: 253
Status: Offline
teshekkur direm nirvana xanim
(sizinle tanish olmaq olarmi?)


atiram ish gucumu
qollarinda mest oluram
 
nirvana Tarix: Bazar, 25.05.2008, 16:13 | Post # 3
GRUNGE
Qrup: Свой юзер
Post: 116
Status: Offline
Quote (doctorravik)
teshekkur direm nirvana xanim

deymez, copy paste elemek ele de cetinis deyil .
Quote (doctorravik)
(sizinle tanish olmaq olarmi?)

sen soz vermisenki her movzuda flood edeceksen ha ?ozude adminsen


İnsanlar işkencelerle öldürülürken bir sevgili için ağlamaya değmez...
 
SOL Forum » MUSIQI & FILM » Rock - Рок-музыка » A PERFFECT CIRCLE (no comment)
  • Страница 1 из 1
  • 1
Поиск:

Sosialist Gencler Klubu © 2024