"Кто смолоду не был социалистом, в старости будет мерзавцем"  
       
        SOSIALIST GENCLER KLUBU  
   
 
Senbe, 20.04.2024, 15:54
Sizi salamlayiriq Qonaq | RSS Ana sehife| Menim Profilim | Qeydiyyat| CIXIS | GIRIS
                                      www.sistemi.yix.org
[Yeni Postlar· Uzvler· Qaydalar· Axtaris· RSS]
  • Страница 1 из 1
  • 1
Модератор форума: Anarxist  
SOL Forum » Inqilab ve Sosializm » Meqaleler - Статьи » Məmməd Süleymanov "SOL"
Məmməd Süleymanov "SOL"
DirtyPunk Tarix: Cersenbe Axsami, 03.06.2008, 00:41 | Post # 1
VIP Member
Qrup: Admin
Post: 20
Status: Offline
(Bu yazını Həqiqətin Ədalətli ola biləcəyinə İnamını hifz etmiş hər kəsə ünvanlayıram)

Sevda M. "525-ci qəzet"dəki sütunlarından birini Sol haqda yazdı. Yaxşı yazıdır. Gərəklidir. Və faktolojidir. Sonuncu abzasın depressiv ovqatını çıxmaq şərtilə, bütün cümlələrlə razıyam. Sonluq isə bu cürdür:
"Çox saxta dəyərlərimiz var. Bizim üçün dəyər ölçüsü mədəni şəkildə yemək, danışmaq, qalstuk taxmaq, səliqə ilə geyinmək, tərbiyəli görünmək, bir sözlə, hər şeyi imitasiya etməkdir... Min il sonra da bizdə cəmiyyətin əsasını Məmmədhəsənlərdən və Xudayarlardan ibarət toplumun təşkil edəcəyinə şübhə etmirəm. Əski dostum və solçuluğa çox sadiq Məmməd Süleymanovu məyus etmək istəməzdim. Amma Azərbaycanda solçuluğun əsası yoxdur və olmayacaq".
Onda elə çıxmırmı ki, Sevda da, mən də Sol-u imitasiya edirik? Dividendimiz nədir? İmitasiya 15 ildir davam edə və oyunun sonu hələ də görünməyə bilərmi? Necə ola bilər ki, Sol bütün bəşərin tapındığı dəyər ola-ola, məhz Azərbaycanda və azərilər üçün süni və yad olsun? Onda elə alınır ki, biz təkamülün əlavə və kor şaxəsiyik, mutantıq, ya da Andromeda dumanlığından gəlmişik.
Bəşəri dəyərlərdə heç bir milli spesifiklik mövcud deyil, ola da bilməz. Azərilər islandlardan və xutulardan nə yaxşıdır, nə də pis. Milli spesifikanı (yaxşı, ya pis formada olmasından asılı olmayaraq) qəbul etmək - artıq Solçu olmamaq deməkdir. Sol - millətin, xalqın, qitənin, irqin ideologiyası deyil. Sol bütün əzilənlərin və ədalət axtaranların, insanların daha yaxşı xislətə malik olduğuna inananların əbədi dəyəridir. Sol olmaq o deməkdir ki, sən Xara güllələnəndə Santyaqo stadionundasan, Faina Kunqurova ölüm aclığından can verəndə onun başının üstündəsən, Eynullaya hökm oxunanda hakimlərin yox, Eynullanın yanındasan, Türkiyədə 1 May zorakılığında döyülənlərin tərəfindəsən. Bunun hansı millətə məxsus olmağının heç bir əhəmiyyəti yoxdur.
O başqa söhbətdir ki, Azərbaycan ideologiyalar qəbristanlığıdır. Dolanırlar həndəvərində siyasət mollaları və mürdəşirləri. Ancaq bu qəbristanlıqda belə, inam oazisi tapmaq olar. Və bir gün bu qəbristanlıq olmaya da bilər. Baxır kim niyə və necə mübarizə aparır. Bununçünsə siyasət mollalarını və mürdəşirlərini dəfn etmək və yoluna davam etmək lazımdır.
Əlbət, Sevdanın depressivliyi ümidsizlikdən qaynaqlanır. Ancaq kim deyir ki, Solçu ümidli olmalıdır? Mənə ümid yaddır, çünki, inamım var. Və mənə inamım bəsdir ki, siyasi nekrofillərə ümid bağlamayım. Mənim inamım var ki, mütərəqqi cəmiyyət gələcək, ancaq ümidim yoxdur ki, onu mən də görəcəyəm. Mark Avreli mənə bu dəqiqəni qiymətləndirməyi və bu dəqiqədə öz yerimdə olmağı öyrədib. Kamyu mənə ümidsiz, ancaq barışmadan yaşamağı öyrədib. Görürsənmi, əzizim, bu halda ümidsizlik pessimizm yox, daha çox barışmamaq simvoludur. Sən isə ondan səhv nəticə çıxardın.
"Azərbaycanda Solun dayağı yoxdur" yazırsan. Bilirsən niyə? Çünki, nümunə yoxdur. Türkiyədə bu nümunəni öz şəxsi həyatları ilə Mustafa Sübhi, Nazim Hikmət, İbrahim Kaypakkaya yaradana qədər Türkiyədə Sol-mu vardı? Türkiyə Sol-u Əziz Nesin, Attila İlhan, Əhməd Qaya ilə bəsləndi. 68-ci ilin Paris Mayı Deniz Gezmişi, Mahir Cayanı yetirdi. Onlar öz edamı və öz gerilyası isə on minləri anlatdılar.
Azərbaycanda bu nümunə yoxdur. Odur ki, buradan sən Azərbaycanda Sol-un abstraktlığına və yadlığı nəticəsinə gəlirsən. Eynilə 40 il əvvəl Türkiyədə və Boliviyada da özləri haqda bu cür düşünürdülər. Çe Gevaranı satan Boliviya kommunistləri və yerli kəndlilər əsl Sol-u Çenin ölümü və nümunəsi ilə anladılar. Ona görə də indi bu ölkədə solçu Evo Morales hakimiyyətə gəldi - tamamilə dinc yolla. Bu, cəmisi 20 il əvvəl heç kəsin ağlına da gəlməzdi. Nəinki dinc, heç inqilab yolu ilə də Boliviyada Sol hakimiyyətin bərqərar olacağı proqnozlara daxil deyildi. Budur inam. Çe ümidsizliyindən və Çe nümunəsindən doğan inam.
Bizdə siyasi arenanın səfilləri heç vaxt fərdi nümunə göstərməyib. Onların heç vaxt siyasi ideologiyası da olmayıb. Bu gün millətçi, sabah liberaldır. Deməli, nə əsl millətçi olub, nə də indi əsl liberaldırlar. Və Sən bu "siyasət"dən gəldiyin pessimizmi Sol-a transformasiya edirsən.
Bəs onda Sol dəyərlərə (hərə öz səviyyə və pilləkənində) tapınan minlərlə azəri gənci nə olsun? Razıyam, onların hansısa (böyük) hissəsini romantika çəkib gətirib. Və sabah onlar apolitik də ola bilərlər, burjua da. Ancaq gedənlərin yerini yeniləri dolduracaq. Çünki Sol - bəşəridir, harada ki, zülm və itaət var, orada bir çarə kimi Sol var və olacaq. Sən buna inanmırsansa, onda bu gün Yer cənnətində yaşadığını söyləməlisən. Oxşayırmı bu ölkə cənnətə?..

Mənbə: http://almaqezeti.com/index.php?mod=view&id=2985


Cavab xatirinə və zarafat tipli yazılar dərhal pozulacaqdır. Forum ciddi yazılar üçündür. Qabaqcadan hamıya saqolun.
 
SOL Forum » Inqilab ve Sosializm » Meqaleler - Статьи » Məmməd Süleymanov "SOL"
  • Страница 1 из 1
  • 1
Поиск:

Sosialist Gencler Klubu © 2024